Upgrade to Pro — share decks privately, control downloads, hide ads and more …

qqq

 qqq

sss

qaraqankitablari

September 10, 2019
Tweet

Other Decks in Research

Transcript

  1. Həkim diqqətlə pasientə baxıb eynəklərini düzəltdi.. onun zəif və gücsüz

    halına acıyır amma soyuqqanlılığını itirmirdi. Böyük və rahat otaqda kamin yanır və işığı içəridəki əşyalara düşürdü. - Xanım, siz indi burada əyləşin. Mən sizə sözlər dedikcə ilk ağlınıza gələn fikri deyin.. Gözəl xanım rahat və geniş kresloda əyləşib həkimə gülümsəyir və gözlərini tavana qaldırır. - Oldu Doktor.. Həkim otaqda gəzişib sözləri sadalamağa başlayır: - Günəş. - Hmm.. Çox göz qamaşdırıcıdır.. İsti və..hh.. doktor günəş yaxşı deyil.. insanların işə getdiyi vaxt, hamı yorğun və əsəbi..qaşqabaqlı üzlər - Hmm... Meşə.. - Meşə.. qalın ağaclar, kölgəlidir. İnsanların az olduğu yer.. sərin bulaq səsi və.. hh.. Meşədə gizlənmək olar.. meşədə özünlə vaxt keçirə bilirsən. Özünə vaxt ayıra bilirsən. Bu yaxşıdır. - Ədalət - Çox kiçik bir zaman kəsiyi üçün düşünülmüş qaydadır.. o yoxdur.. doktor.. mən inanmıram ədalətə.. hər şeyi bərabər bölsək belə kimsə uca boy kimsə eybəcər və kimsə şikəst olacaq. ədalət fiziki mümkün deyil. - Saflıq.. - Saflıq? Bu ancaq yağış altında mümkündür.. fiziki bədən, şampun və kremlər, isti su və sabunlu köpüklər.. .. yox doktor.. ancaq yağış.. içimiz elə çirkdir ki... onu ancaq Tanrı təmizləyə bilər. - Allah? - Bu.. bu izah edilməyəcək bir gücdür.. mən onun varlığını hiss etməyi öyrəndim.. Doktor o indi buradadır. - Dövlət? Vətən? - Hh.. ev.. həyət.. doğmalar.. pis yer deyil bura.. sadəcə.. biz hamımız ölürük doktor.. qanunların yerinə yetirilməsini görməyə vaxtımız çatmır. Qocalırıq.. yüz ilə ediləcək şeyi on ilə istəyirik, ona görə də bizi aldadırlar.. çünki öləcəyimizi, qocalacağımızı demək istəmirlər.. Dövlət filmdir. Çəkilişdə iştirak edirsən amma premyeraya çatmırsan.. - Qızım.. bu nə fikirlərdir belə? Sən dinə, dövlətə, cəmiyyətə, qanunlara və ən əsası özünə qarşı çıxırsan?
  2. - Xeyr, doktor.. siz başa düşmürsüz? Mən əslində onları sevirəm?

    - Sevirsən? Qızım.. Nə mənada? Necə nifrət etdiyin şeyləri sevə bilirsən? - Doktor mən onları hiss etməyə başlamışam. Sevgi, nifrət.. onlar bir qəpiyin iki üzüdür. Hava kimi, sevgi kimi, qoxu kimi.. rəsm əsəri kimi.. bu çirkli və ədalətsiz şəkildə bölünmüş rənglər gah qarası çox, bəzi yerlərdə sarısı həddini aşır bəzi hissələrdə rənglər bir birini tapdalayır və məhv edir. .. Amma əslində bütün bunlar abstrakt bir rəsm yaradır.. mən o rəsmi görməyə başlamışam. - Nə var o rəsmdə? - ... - Qızım niyə susursan? - ........ Doktor masanın arxasında əyləşir və qızı yanına çağırır. Ağ kağızı masaya qoyub qələmini götürür və səliqəli xətt ilə yazır.. - Qızım.. sənə bax bu dərmanları yazıram.. gündə iki dəfə yeməkdən əvvəl və sonra bunları iç.. iki gündən bir də bax bu flakondakı mayeni qat ilıq suya və yatmamışdan əvvəl qəbul elə.. sonra sənə bu dərmanı yazıram, apteklərdən soruşarsan.. amma iynə üçün yox, həbləri var.. onlardan istə. Yaşıl rəngli qututda olurlar. Qız kağızı götürüb deyir: - Doktor, mən də sizə bir şey vermək istəyirəm.. bu bir musiqidir.. Bunu yatmamışdan əvvəl dinləyin. Otaqda heç kəs olmasın, qulaqcıqlarla dinləyin. Uzansanız daha yaxşı olar.. Gündüzlər və çox adam olan yerlərdə dinləməyin.. Gözlərinizi yumun, heç bir kənar fikir ağlınızdan keçməsin, sadəcə sözlər və musiqi.. orada məna axtarmayın. Kim oxuyur nə üçün oxuyur.. bunun da fərqi yoxdur.. sadəcə hiss etməyə çalışın.. - Nəyi? - .....